Kənd Təsərrüfatı Nazirliyi texniki baxış keçirir - FOTO

Yeniliklər 24 İyul 2017 14:07 Oxunub 1807
Kənd Təsərrüfatı Nazirliyi texniki baxış keçirir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Texniki baxışda müasir ölçü cihazlarından istifadəyə başlanıb

Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin Bakı şəhər şöbəsi Müfəttişliyin “Səyyar Xidmət” Qrupu ilə birlikdə bu gün “Azərsu” ASC-nin balansında olan traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxış keçirib. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin texniki baxışı zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü cihazı, yolda sınama metodu ilə tormoz sisteminin effektivliyinin ölçü cihazı kimi müasir cihazlardan istifadə edilib. Texniki baxışa təqdim edilən nəqliyyat vasitələrinin texniki vəziyyətinin dövlət standartlarının və digər normativ-hüquqi aktların tələblərinə uyğunluğu yoxlanılıb və nəticədə həmin nəqliyyat vasitələrinə dövlət texniki baxışdan keçməsinə dair akt tərtib edilərək, dövlət texniki baxış talonu verilib. Bu barədə elektron daşıyıcılarda müvafiq qeydiyyat aparılıb. Həmçinin, nəqliyyat vasitələrinin mülkiyyətçilərinə müəyyən edilmiş müddətdə dövlət texniki baxışından keçmədiyi təqdirdə “İnzibati Xətalar Məcəlləsi”nin 340.1-ci maddəsinə əsasən “fiziki şəxslərin əlli manat məbləğində, vəzifəli şəxslərin yüz manat məbləğində, hüquqi şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi” izah edilib.

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” qurupu tərəfindən bu tədbirlər respublikanın digər rayonlarında da davam etdiriləcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh