Yanacaqdoldurma məntəqələrində yeni ödəniş sistemi tətbiq ediləcək

Yeniliklər 24 İyul 2017 16:28 Oxunub 1117
Yanacaqdoldurma məntəqələrində yeni ödəniş sistemi tətbiq ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kontaktsız ödəmə texnologiyalı bank kartları "Visa" və "MasterCard" beynəlxalq ödəmə sistemləri tərəfindən buraxılır

Azərbaycanda böyük yanacaqdoldurma məntəqələri kontaktsız ödənişlər qəbul edəcək. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə maliyyə bazarındakı mənbə deyib. Mənbə qeyd edib ki, hazırda YDM-lər bank kartları vasitəsilə ödəniş qəbul edən POS-terminallardan istifadə edirlər: “Lakin artıq alınmış yanacağa görə ödənişi kontaktsız kartlar vasitəsilə də həyata keçirmək mümkün olacaq. Burada söhbət “PayPass” kontaktsız ödəmələrdən gedir. Kontaktsız ödəmələrin YDM-lərdə tətbiqinin məqsədi nəğdsiz ödənişin dövriyyəsini, həmçinin istifadəçilərin rahatlığını artırmaqdır”.

Qeyd edək ki, kontaktsız ödəmə texnologiyalı bank kartları "Visa" və "MasterCard" beynəlxalq ödəmə sistemləri tərəfindən buraxılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh