Tovuzda ağır yol qəzası, ölən və yaralananlar var

Qəzalar 24 İyul 2017 16:43 Oxunub 1352
Tovuzda ağır yol qəzası, ölən və yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Ford" markalı avtomobil idarəetməni itirərək qəza törədib

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Eyyublu kəndi ərazisində baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub. "Report"un məlumatına görə, Gəncə şəhər sakini Aytəkin İsrail oğlu Cəfərov idarə etdiyi "Ford" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək qəza törədib.

Nəticədə avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı 1967-ci il təvəllüdlü Sevda Tapdıq qızı Həsənova hadisə yerində ölüb. Avtomobilin sürücüsü A.Cəfərov və digər sərnişinlər - 1995-cü il təvəllüdlü Gülnar Elsevər qızı Cəfərova, 1997-ci il təvəllüdlü Maniya Elsevər qızı Cəfərova  və 2012-ci il təvəllüdlü  Rəsul Elsevər oğlu Cəfərov ağır bədən xəsarətləri alıblar.

Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh