Onların ölkədən çıxmağına qadağa qoyuldu - Vətəndaşların nəzərinə

Yol polisi 24 İyul 2017 17:49 Oxunub 25339
Onların ölkədən çıxmağına qadağa qoyuldu - Vətəndaşların nəzərinə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DİN-in rəsmi veb saytında yeni informasiya resursu yaradılıb

Son vaxtlar vətəndaşlardan mülki-hüquqi öhdəliklərin icrasından yayınan  borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün Daxili İşlər Nazirliyinə müraciətlər daxil olur.  Daxili İşlər Nazirliyindən Avtosfer.az-a bildiriblər ki, bir müddət əvvəl mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotları ilə bağlı fəaliyyətin yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmini məqsədi ilə DİN-in rəsmi veb saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb.

Cari ilin iyun ayından etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər.

Bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər. 

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh