İsrail Müdafiə Nazirliyinin nümayəndə heyəti DİN-də olub

Gündəm 24 İyul 2017 18:25 Oxunub 617
İsrail Müdafiə Nazirliyinin nümayəndə heyəti DİN-də olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb

İyulun 24-də ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Hərbi Təsisatın Təhlükəsizliyi Direktoratlığının direktoru cənab Nir Ben Moşenin rəhbərlik etdiyi nümayəndə heyəti Daxili İşlər Nazirliyində olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qonaqlara ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin dərin qatlara və qədim tarixə malik olduğu, son illər hər iki dövlətin hüquq-mühafizə orqanları arasında ikitərəfli əlaqələrin durmadan inkişaf etməsi diqqətə çatdırlıb.

Daha sonra DİN-in əsas hüquq və vəzifələri, mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə qonaqlara məlumat verilib. 

Demokratikləşmə və islahatlar prosesinin DİN-dən də yan keçmədiyi, ölkəmizin Avropaya inteqrasiya etməsi, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edilməsi, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin,  beynəlxalq təşkilatların mütəxəssislərinin təcrübə və tövsiyələrindən istifadə edildiyi, qanunların icrasına böyük önəm verildiyi də diqqətə çatdırılıb.

O da qeyd edilib ki, bu gün Azərbaycan MDB məkanında hər yüz min nəfərə düşən cinayətlərin sayının azlığına görə öncül yerlərdən birini tutur, xarici investorların ölkəmizin iqtisadiyyatına sərmayə qoymaları, normal fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb.

Cənab Nir Ben Moşe səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirərək, Bakının simasında ölkəmizin sürətli inkişafından, geniş quruculuq və abadlıq işlərinin aparılmasından, yeni infrastrukturların yaradılmasından məmnunluğunu qeyd edib, hər iki ölkənin müvafiq qurumları arasında işgüzar əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini yüksək dəyərləndirərək, Azərbaycanda yaradılmış tolerantlıq mühitindən razılığını ifadə edib.  Səmimilik və işgüzarlıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh