Bakıda avtobus qəzaya uğrayıb, xəsarət alan var - FOTO

Gündəm 25 İyul 2017 00:57 Oxunub 877
Bakıda avtobus qəzaya uğrayıb, xəsarət alan var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb

Bakıda marşrut avtobusu qəza törədib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə NZS qəsəbəsində baş verib. 10-TG-014 dövlət qeydiyyat nişanlı 32 saylı marşrut avtobusu avtoyuma məntəqəsindən çıxıb qaraja gedərkən sürücü idarəetməni itirib və yol kənarındakı hasara çırpılıb. Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb. Avtobusun sürücüsü ağır xəsarət alıb.

NZS qəsəbəsində qəza törədən marşrut avtobusunun sürücüsünün kimliyi bəlli olub. Bu, 39 yaşlı Kərimov Ziyafət Müşviq oğludur. Qəza nəticəsində onun döş qəfəsi əzilib və 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.

Həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh