Prezident yolla bağlı sərəncam imzaladı

Avtoxəbər 25 İyul 2017 01:02 Oxunub 1291
Prezident yolla bağlı sərəncam imzaladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zirə-Türkan avtomobil yolunun tikintisinə 3 milyon ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Avtosfer.az xəbər verir ki, sərəncamda deyilir:

“1. İyirmi dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zirə-Türkan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,0 (üç) milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh