Şok kadrlar: iki gənc qatarın üzərində velosiped sürdü - VİDEO

Avtosfer TV 25 İyul 2017 18:45 Oxunub 1338
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gənclər axtarılır

Rusiyada özlərini "demper" adlandıran gənclər həyatları ilə risk edərək qatarların vaqonlarından sallaşır, yaxud qatar sürətli hərəkətdə olarkən vaqonların üzəri ilə qaçışırlar. Avtosfer.az milli.az-a istinadən bildirir ki, bu dəfə isə iki gənc adrenalin axtarışlarında həyatlarını ölümcül riskə atıblar. Moskva vilayətinin Fryazino şəhərinin dəmiryol vağzalında qatarın vaqonuna dırmaşan bu gənclər özləri ilə dama velosipedlərini də qaldırıblar. Qatar hərəkətdə olanda onlar vaqonların damında velosiped sürməyə başlayıblar. Video sosial şəbəkələrdə yayılandan sonra Moskva polisi araşdırmalara başlayıb. Gənclər axtarılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh