Rusiya ilk pilotsuz təyyarəsini təqdim etdi - FOTO

Texnologiya 25 İyul 2017 19:05 Oxunub 1337
Rusiya ilk pilotsuz təyyarəsini təqdim etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pilotsuz təyyarə kiçik ölçüsünə baxmayaraq, 300 kq yük daşıya, 5 saat müddətində havada qala və saatda 180 km sürətə çata bilir

Rusiya qütb bölgəsində araşdırma aparmaq məqsədilə kiçik pilotsuz təyyarə istehsal edib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, “VRT 300” adlı təyyarə ilk dəfə MAKS 2017 sərgisində ictimaiyyətə təqdim edilib. Pilotsuz təyyarə kiçik ölçüsünə baxmayaraq, 300 kq yük daşıya, 5 saat müddətində havada qala və saatda 180 km sürətə çata bilir.  Qeyri-adi nəqliyyat vasitəsi Antarktikada istifadə ediləcək. Belə ki, “VRT 300” gəmilərin nə ilə qarşılaşacağını müəyyənləşdirmək, onlara məlumat vermək, buzun qalınlığını ölçərək istiqaməti müəyyənləşdirmək kimi vəzifələri yerinə yetirəcək.

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh