Sərxoş halda sürdüyü maşını aşırdı: bacısını öldürüb, meyiti canlı yayıma çıxardı - VİDEO

Avtosfer TV 25 İyul 2017 19:55 Oxunub 18876
Sərxoş halda sürdüyü maşını aşırdı: bacısını öldürüb, meyiti canlı yayıma çıxardı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bacımı öldürdüm. Amma vecimə də deyil"

ABŞ-da 18 yaşlı gənc qız doğma bacısının ölümünə yol açıb. Avtosfer.az-ın məlumatına görə, o bacısının ölüm anı zamanı "İnstagram"da canlı yayıma belə çıxıb. Kaliforniyada gənc sərxoş halda idarə etdiyi maşını aşırıb. Obdulia Sançezin yanında bacısı Jaklin də olub. O, maşın aşmamışdan öncə canlı yayıma qoşulub, mahnı oxumağa başı qarışan qızın idarə etdiyi maşın bir anda yoldan çıxıb, məftillərin üzərindən keçərək dərəyə yuvarlanıb. Baş verən qəza da anbaan kameraya düşüb. Qəzadan sonra isə özü maşından sağ çıxa bilib və yayıma davam edib. O, yerdə qan içində yatan 14 yaşlı bacısını dəfələlrə silkələyib və "bacımı öldürdüm. Amma vecimə də deyil. Bilirəm həbsə düşəcəm. Amma nə edim... Çox təəssüflər balacam..." - deyib.  Polis bir nəfərin ölümü, birinin də yaralanmasına yol açan Obdulianı həbs edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh