Plyonkaya görə 14 sürücü cərimələndi

Qaydalar 25 İyul 2017 16:32 Oxunub 1539
Plyonkaya görə 14 sürücü cərimələndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər 150 manat cərimə olunub.

Ötən gün avtomobilin şüşələrinə plyonka çəkərək idarə edən 14 sürücü saxlanılıb və onların avtomobilləri cərimə meydançasına aparılıb. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, isti hava şəraiti olsa da belə, avtomobillərin şüşələrinə plyonkaların çəkilməsi yolverilməzdir və bu, inzibati xəta tərkibi yaradır.

Xatırladırıq ki, yalnız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş standartlara uyğun olaraq, mayın 1-dən noyabrın 15-ə qədər avtomobilin qapı şüşələrinə jalüz və pərdələr vurularaq istismar edilməsinə icazə verilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, avtomobilin şüşələrinə plyonka çəkilərək idarə edilməsinə görə, sürücü 150 manat cərimə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh