Ronaldonun yeni luks avtomobili başına bəla oldu - VİDEO
Avtodünya 25 Noyabr 2014 22:10 1952 dəfə oxunub
Ronaldonun yeni luks avtomobili başına bəla oldu - VİDEO
Futbolçu son məşqə yeni “Rolls Roys” markalı avtomobillə gedib

“Real” (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo yenidən diqqət mərkəzinə düşüb. Avtosfer.az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu komandanın son məşqinə yeni “Rolls Roys” markalı avtomobili ilə gedib. Bu arada İspaniya mətbuatı Kriştiano Ronaldonun yeni avtomobilindən danışır. "Real Madrid"in portuqaliyalı ulduzunun məşqlərə "Rolls Royce" markalı avtomobillə gəlməsi tənqidlərə səbəb olub. Jurnalistlər Ronaldonun bu addımı ilə özünü yuxarıdan apardığını düşünürlər. KİV nümayəndələrinin fikrincə, bu tip maşınlar məşqə gəlmək üçün deyil, qonaqlığa getmək üçündür. "Real Madrid"ə yaxın qəzet və yazarlar isə Kriştianonun bir kral olduğunu və bu vasitənin krallara yaraşdığını söyləyiblər. Portuqaliyalı ulduz isə haqqında danışılanlara gülüb. Portuqaliyalı yeni aldığı avtomobillə məşqlərə gəlməyə davam edəcəyini söyləyib. 

Qeyd edək ki, futbolçu bu avtomobili üçün 3 milyon avroluq xüsusi bir qaraj inşa etdirib. Ronaldo lüks avtomobillərinin sığortası üçün isə ildə 100 min avro pul ödəyir.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh