“Qəza həmin 5-6 dəqiqədə oldu” - Yol polisi

Yol polisi 26 İyul 2017 01:19 Oxunub 1744
“Qəza həmin 5-6 dəqiqədə oldu” - Yol polisi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Maşın yüklə dolu olduğu üçün yoldan götürə bilmədik"

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə yol polisi əməkdaşı Əkbər Mahmudov ifadə verib. O bildirib ki, “Zil” markalı yük maşını xarab olan gecə ərazidə xidmətdə olublar: “Biz bütün gecəni maşının yanında olduq. Qəza baş verməməsi üçün tədbirlər gördük. Səhər saat 8-ə qalmış növbəni dəyişmək üçün posta getdik. Qəza da həmin 5-6 dəqiqədə oldu. Maşın yüklə dolu olduğu üçün yoldan götürə bilmədik”.

Valideyn Xatirə Nəsibova deyib ki, qəza baş verdikdən sonra 1 saat ərzində maşını ərazidən aparıblar. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh