Bakıda qayda-qanun tanımayan avtobus sürücüləri - FOTOLAR

Xəbərlər 26 İyul 2017 09:29 Oxunub 1842
Bakıda qayda-qanun tanımayan avtobus sürücüləri - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar qarşı yola çıxır, svetoforun qırmızı işığında dayanmır, qoşa xətti saymır

Bakıda özbaşınalıq edən avtobus sürücülərini kameraya tuş gəlib. Mahmud adlı Bakı sakini çəkdiyi fotoları Avtosfer.az-a göndərib. Fotolardan da göründüyü kimi, 10 TF 799, 10 TF 983 və 99 JK 471 dövlət nömrə nişanlı, 199 və 35 saylı marşrut üzrə hərəkət edən avtobusların sürücüləri yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Onlar qoşa xəttin tələbini pozaraq qarşı yola çıxır, svetoforun qırmızı işığında hərələti davam etdirir, dönmə əməliyyatı aparır. Bununla da cəmiyyətə açıq-aydın hörmətsizlik nümayiş etdirən avtobus sürücüləri digər hərəkət iştirakçıları, eləcə də avtobusda olan sərnişinlər üçün təhlükə yaradırlar. Çox təəssüf ki, avtobuslarla birlikdə digər avtomobil sürücüləri də qayda pozur və onlar da bu görüntülər əsasında cəzalandırılmalıdır.

Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu görüntülər əsasında araşdırma apararaq qayda pozanlar barəsində ciddi tədbirlər görəcək.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh