Sürücü qayda pozmadan cərimələndi? – Yol polisindən ŞİKAYƏT - VİDEO

Xəbərlər 26 İyul 2017 12:15 Oxunub 2617
Sürücü qayda pozmadan cərimələndi? – Yol polisindən ŞİKAYƏT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Texniki vasitələrdən istifadə bizim xeyrimizədir, biz bunu alqışlayırıq"

Yol hərəkəti qaydalarını pozmadığı halda Bakıda yol polisi tərəfindən cərimələndiyini iddia edən Bakı şəhər sakini 40 yaşlı Amil Kərimova qarşı heç bir qanun pozuntusu olmayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov oxu.az-la əlaqə saxlayaraq, sürücünün şikayətinin əsaslı olmadığını bildirdi: “Sürücünün özünün təqdim etdiyi videogörüntülərdə açıq-aşkar görünür ki, o həqiqətən işıqforun qırmızı işığında keçərək də yol hərəkəti qaydasını pozub. YPX əməkdaşı heç bir qanun pozuntusuna yol verməyib və onu qanuni olaraq cərimələyib. Təbii ki, sürücü etiraz edirsə, bu bunun qarşısını ala bilmərik. Onun ictimai şəkildə narazılığını bildirmək hüququ var”.

V.Əsədov sözünün sonunda avtomobillərdə quraşdırılmış videomüşahidə kameralarının sürücülərlə yanaşı YPX-nın da işini asanlaşdırdığını deyir: “Kameraların olması bir çox hallarda sürücü və yol polisi arasında olan anlaşılmazlıqları aradan qaldırır. Bir çox mübahisəli məsələlərə aydınlıq gətirilməsilməsində kameraların rolu böyükdür. Nə yaxşı ki, sizə şikayət edən sürücünün avtomobilində də kamera olub, yoxsa yol polisinin qanunu pozmadığını sübut etməkdə çətinlik çəkərdik. Texniki vasitələrdən istifadə bizim xeyrimizədir, biz bunu alqışlayırıq”.

25 iyul (17:37)

Bakı şəhər sakini 40 yaşlı Amil Kərimov yol hərəkəti qaydalarını pozmadığı halda Bakı Şəhər Yol Patrul Xidməti tərəfindən cərimələndiyini iddia edir. Oxu.az-a müraciət edən A.Kərimov bildirir ki, qırmızı ışığın yanmasına 5 saniyə qalmış yaşıl işıqda yolu keçməsinə baxmayaraq barəsində protokol yazılıb: “Mən günahsız olduğumu video görüntülərlə sübut edirəm. Lakin Dövlət Yol Polisindən deyirlər ki, mən yolu qırmızı işıqda keçmişəm. Söhbət o 3 ball və 60 manat cərmədən getmir. Sadəcə mən 15 ildir sükan arxasındayam və bu müddət ərzində bir dəfə də olsun qırmızı işıqda keçməmişəm. Mən öz günahsızlığımı sübut etmək istəyirəm”.

A.Xəlilov başına gələnləri təfərrüatı ilə danışdı: “13.05.2017-ci il tarixində idarə etdiyim 90 TV 413 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin mərkəzindən Qara Qarayev prospekti istiqamətində hərəkət edirdim. Körpünü keçəndən sonra 2-ci işıqfordan sol istiqamətə hərəkətə icazə verən yaşıl işıq yandıqdan sonra 25-ci saniyədə (İşıqforda yaşıl işığın sola yanma müddəti 35-ci saniyada başlayır, 20-ci saniyədə bitir) sola dönərək şəhər tərəfə qayıtdım. Lakin bir müddət keçəndən sonra məni Yol Patrul Xidməti inspektoru saxlayaraq Azərbaycan Respublikası Qanunun 60-ci maddəsinin II hissəsinin tələbinə rayət etməyərək işıqforun qadağanedici siqnalında hərəkətimi davam etdirdiyimə görə barəmdə İnzibatı Xətalar Məcəlləsinin 327.7 maddəsi üzrə İXP 992335 nömrəli inzibati xəta haqqında protokol tərtib etdi. Mən inspektora yazılı və şıfahi narazılığımı bildirərək çıxartdiğı qərarın düzgün olmadığını dedim. O, isə mənə, “Düzəm, get kimə istəyirsən de” deyərək kobud cavab verdi".

Haqsız yerə cərimələndiyini düşünən şikayətçi avtomobilində quraşdırılmış xüsusi videoyazı qurğusu (Video reqistrator) ilə qeydə alınan görüntüləri Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin idarəsinə təqdim edib. İdarədə onun yolu qırmızıda deyil, yaşıl işığda keçdiyini təsdiq ediblər. Amil Xəlilov üzləşdiyi problemlə bağlı Bakı şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisinin İdarəsinin rəisi Nuşirəvan Səfərova məktub ünvanlayıb. Cavab olaraq ona bildirilib ki, yol hərəkəti qaydasını pozması sözügedən çəkilişlərdə öz təsdiqini tapmış və YPX əməkdaşları tərəfindən hüquqa zidd hərəkətə yol verilməmişdir.

Avtomobildə yerləşdirilmiş videoyazı qurğusunun qeydə aldığı görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh