Goranboyda avtomobil xəndəyə düşdü - 3 yaralı – FOTO

Avtoxəbər 27 İyul 2017 02:01 Oxunub 1115
Goranboyda avtomobil xəndəyə düşdü - 3 yaralı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza təmir işləri görülən avtomobil yolunda baş verib

Goranboy rayonunda baş vermiş avtomobil qəzasında 3 nəfər ağır xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında Goranboy-Tərtər avtomobil yolunun Xanqərvənd kəndindən keçən hissəsində baş verib. İdarəetmədən çıxan "VAZ-2104" markalı avtomobil yol kənarına aşıb. Nəticədə 3 nəfər ağır xəsarət alıb. Yaralıları yaxınlıqdan keçən taksi sürücüsü öz avtomobililə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Hazırda yaralılara həkimlər tərəfindən tibbi yardım göstərilir. Onların kimlikləri və hadisənin dəqiq səbəbləri Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

Qəzada xəsarət alanlar Goranboy rayon Xanqərvənd kənd sakini, 1975-ci il təvəllüdlü Həsənov Ayaz Tofiq oğlu, onun həmkəndlisi 1978-ci il Əliyev Vuqar Hüseyn oğlu və Bakı şəhər Suraxanı rayon sakini, avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü, Əliyev Ramiz Nəsirəddin oğludur.

Bu arada qəzanın bəzi təfərrüatları məlum olub. Qəza təmir işləri görülən avtomobil yolunda baş verib. Sürücü yol işarələrinə riayət etmədən qadağan olunmuş yolla gedib. Bu zaman dövlət nömrə nişanlı 31-BG-207 olan "VAZ-2104" markalı avtomobil yolun kənarında qazılmış xəndəyə düşüb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh