Sürücü sığorta pulunu ala bilmir - VİDEO

Xəbərlər 27 İyul 2017 08:23 Oxunub 1488
Sürücü sığorta pulunu ala bilmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sığorta şirkəti öhdəliyini yerinə yetirmir

Bakı sakini Aydın Hüseynov avtomobilinə dəyən ziyanı sığorta şirkətindən ala bilmir. Zərərçəkənin sözlərinə görə, iyul ayının 12-də Bakı-Sumqayıt yolunda qarşı tərəfin səhvi ucbatından avtomobili yararsız hala düşüb. Qəza zamanı hadisə yerinə gələn dövlət yol polisinin əməkdaşları da qəzanın sxemini tərtib edərək günahın qarşı tərəfdə olduğunu təsdiqləyiblər. Baxmayaraq ki, hadisə yerində hər iki tərəf razılığa gəlib, amma sonradan digər avtomobili sığortalayan şirkət dəymiş ziyanı ödəməkdən imtina edib.

Sürücü deyir ki, sığorta şirkəti nə qəza zamanı, nə də ondan sonra onun avtomobilinə baxmayıb. Sadəcə avtomobilin şəkillərini vhatsapp vasitəsilə qəbul edərək özlərindən qiymətləndirmə ediblər. Aydın Hüseynov isə sığortanın onun üçün ayırdığı bu məbləğin dəyən ziyanın heç 4-də biri qədər olmadığını deyir.

Hüquqşünaslar isə belə bir vəziyyətdə vətəndaşın sığorta şirkətini məhkəməyə verməyə tam hüququ çatdığını deyirlər. Belə ki, sığorta şirkəti hadisə yerinə gəlmədən sadəcə fotoşəkillərlə ekspert rəyi verərək dəyən ziyanı təyin edə bilməz və istənilən halda zərəçəkən ona dəyən ziyanın 5 min manata qədər olan hissəsini tələb edə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh