"Android" telefon istifadəçiləri - Diqqətli olun! - VİDEO

Avtosfer TV 27 İyul 2017 03:26 Oxunub 1627
"Android" telefon istifadəçiləri - Diqqətli olun! - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni yayılan virus vasitəsilə bütün məlumatlarınız oğurlana bilər

Müxtəlif tətbiqlər vasitəsilə telefona yüklənir, telefondakı şəkil, video və digər şəxsi məlumataları bloklayır. Üstəlik, tələb edilən məbləğ ödənilməyəcəyi təqdirdə bu məlumatların digər şəxslərə göndərilməsi ilə hədələyir. Son günlər "LeakerLocker'' adı verilən virus bütün dünyada geniş şəkildə yayılıb. Bu virusun Azərbaycanda yayılma riski də çox böyükdür. Bunun üçün də ekspertlər android telefon işlədənləri diqqətli olmağa çağırırlar.

İnformasiya texnalogiyaları üzrə mütəxəssis Rövşən Əkbərov bildirir ki, "pley stor"dan tətbiq yükləyən hər bir istifadəçi bunun uzun müddət əvvəl "play stor"a yüklənməsinə diqqət etməli və istifadəsi geniş yayılan proqramlara üstünlük verməlidir.

Əgər yüklənən tətbiq telefondakı şəkil, kontaklar və digər məlumatlara girmək üçün icazə istəyirsə, bundan da imtina etmək lazımdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən edilən xəbərdarlığa əsasən bu cür hallarla qarşılaşanlar mərkəzin 16-54 "qaynar xətt"inə zəng edə və ya ''[email protected] '' elektron ünvanına müraciət edə bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh