GES-lə işləyəcək ilk avtovağzal istifadəyə verilir - FOTO

Texnologiya 27 İyul 2017 18:35 Oxunub 1565
GES-lə işləyəcək ilk avtovağzal istifadəyə verilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihəyə çəkilmiş bütün xərclər dörd il ərzində çıxarılacaq

Türkiyənin Diyarbakır şəhərində Günəş-Elektrik Stansiyası (GES) ilə işləyəcək ilk avtovağzalın tikintisi başa çatıb. Avtosfer.az-ın salamnews-a istinadən xəbərinə görə, GES ilə həm avtovağzalın enerji tələbatı ödəniləcək, həm də alınan əlavə enerji satılaraq gəlir əldə ediləcək. Ətraf mühitə zərər vurmayan, bərpa olunan enerji mənbələrinin artırılması məqsədilə bu addımı atdığını bildirən Diyarbakır Böyükşəhər Bələdiyyəsi yeni elektrik stansiyasını şəhərlərarası avtobus terminalında quraşdırıb. Terminal ehtiyacı olan enerjini GES-dən aldıqdan sonra qalan enerjini yerli eletrik idarəsinə satacaq. Layihə, həm də Türkiyənin ən böyük GES layihəsidir. Hər biri 265 vatt gücündə olan 2460 panelin quraşdırıldığı GES-in ümumi sahəsi 5750 kvadratmetrdir. 6 hektar ərazidə salınan layihənin avtovağzal hissəsində 18 şəhərlərarası avtobus, 12 minibus və 132 minik avtomobili park edilə biləcək.  Diyarbakır Böyükşəhər Bələdiyyəsi Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi Ramazan Savaş bildirib ki, GES 3 milyon 900 min lirəyə (1 880 970 AZN, - red.) başa gəlib və 600 kilovatt/saat elektrik enerjisi istehsal edəcək. İdarə rəisinin sözlərinə əsasən, layihəyə çəkilmiş bütün xərclər dörd il ərzində çıxarılacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh