"Porşe" 22 min avtomobili geri çağırır

Avtoxəbər 28 İyul 2017 10:33 Oxunub 1155
"Porşe" 22 min avtomobili geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bu üzdən avtomobillər texniki emissiya limitlərinə sadiq qalmalıdırlar"

"Porşe Kayen" avtomobillərinin TDI modellərində emissiya dəyərini az göstərən qanunsuz yazılı qeydlər olduğu üçün 22 min avtomobil geri çağırılacaq. Avtosfer.az teleqraf.com-a istinadən bildirir ki, bu açıqlama ilə Almaniyanın nəqliyyat naziri Aleksandr Dobrindt bildirib. Geri çağırılacaq avtomobillərin maliyyə xərclərini dövlət özü ödəyəcək. Dobrindt bildirib ki, bu avtomobillər modern emissiya nəzarət texnologiyası ilə təchiz edilib: "Bu üzdən avtomobillər texniki emissiya limitlərinə sadiq qalmalıdırlar. "Porşe" qeydləri qanunlaya uyğunlaşdırmalıdır". Qeyd edək ki, uzun illərdir "alman dəqiqiliyi" ilə istehsal olunan avtomobilləri emissiya testlərindən keçə bilmirlər. Çünki sənədlərdə qiymətlər daha az göstərilir. "Volksvagen", "Audi", "Porşe", "Bentli", "Lamborgini", "Seat" və "Çkoda" markalarında bu kimi hallar geniş yayılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh