Yeraltı tunellər layihəsi üçün olan nəqliyyat liftinin ilk testini keçirdi - VİDEO

Texnologiya 28 İyul 2017 14:15 Oxunub 1331
Yeraltı tunellər layihəsi üçün olan nəqliyyat liftinin ilk testini keçirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil xüsusi platformanın üzərində dayanır və həmin platforma onu yeraltı tunelə endirir

Elon Musk öz Instagram səhifəsində, yeraltı tunellər layihəsinin yeni test videosunu təqdim edib. Yeni videoda, avtomobili tunelə endirən liftin testi əks olunub. İyun ayının sonunda Musk bildirmişdi ki, yeraltı tunnellər layihəsi üçün nəzərdə tutulmuş və nəqliyyat vasitəsini həmin tunellərə endirəcək ilk lift artıq hazırdır. İndi isə Musk həmin liftin test mərhələsini videoya çəkərək onu təqdim edib. Onun yeraltı tunellər layihəsinin konsepsiyası ondan ibarətdir ki, yüksək sürətli tunnellər şəbəkəsi, böyük şəhərlərin altında yerləşəcək və onları, avtomobil tıxaclarından xilas edəcək. Liftlər isə avtomobilləri tunelə endirib onları şəhərin müəyyən nöqtəsinə çatdırmaq üçün nəzərdə tutulub. Avtomobil xüsusi platformanın üzərində dayanır və həmin platforma onu yeraltı tunelə endirir. Daha sonra isə həmin platforma sayəsində avtomobil, şəhərin müəyyən nöqtəsinə çatdırılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh