Avtobusda mədəniyyət dərsi biabırçılıqla nəticələndi

Xəbərlər 26 Noyabr 2014 12:56 Oxunub 1609
Avtobusda mədəniyyət dərsi biabırçılıqla nəticələndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlər yol vermək üstündə dava saldılar

Bu gün Bakıda sərnişin avtobusunda dava düşüb. Anspress-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Binəqədi rayon Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, dava 92 saylı sərnişin avtobusu Biləcəridə “Abidə” adlanan ərazidə dayanacaqda saxlayarkən baş verib. Avtobus dayanacaqda saxlayan zaman avtobusdan düşənlərə yol verən gənc oğlan sonradan minmək istəyib. Bu zaman avtobusdan düşən orta yaşlı kişi onu itələyib. “Mədəniyyətin olsun. Düşənə yol ver”, - deyə orta yaşlı kişi iradını bildirib. Bu zaman gənc oğlan kişiyə təpiklə vurub. Nəticədə dava düşüb. Digər sərnişinlərin köməyilə dava iştirakçıları sakitləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh