Polislər yaralı gəncə belə kömək etdi - BAKIDA - VİDEO

Yol polisi 28 İyul 2017 17:54 Oxunub 10293
Polislər yaralı gəncə belə kömək etdi - BAKIDA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralının həyatını xilas etmək mümkün olub

Bu gün Səbail rayonu, Aqil Quliyev küçəsində gənc oğlan huşunu itirərək yıxılıb. Yaralı baş nahiyəsindən yara alaraq xeyli qan itirib. 

Hadisə yerinə gələn polis əməkdaşları yaralıya ilkin yardım göstəriblər. Səbail rayonu polis idarəsinin ictimai təhlükəsizlik şöbəsinin Anar adlı əməkdaşı və bir neçə yol polisi əməkdaşı yaralıya yardım ediblər. 

Hadisə yerinə vaxtında çağırılan təcili yardımın köməkliyi ilə yaralının həyatını xilas etmək mümkün olub. 

Hadisənin görüntüləri bir oxucumuz tərəfindən Avtosfer.az göndərilib. Həmin görüntüləri təqdim edirik: 

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh