Qırmızı işıqdan keçən avtomobil qəza törətdi: 1 yaralı - FOTO

Qaydalar 29 İyul 2017 14:28 Oxunub 1928
Qırmızı işıqdan keçən avtomobil qəza törətdi: 1 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza Azadlıq və Vaqif prospektlərinin kəsişməsində qeydə alınıb

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza Azadlıq və Vaqif prospektlərinin kəsişməsində qeydə alınıb. Qəza "Toyota" markalı avtomobil ilə Azadlıq prospektində hərəkətdə olan Məcid Bağırovun işıqforun qırmızı işığına məhəl qoymaması nəticəsində baş verib. Nəticədə "Toyota" Vaqif prospekti ilə hərəkətdə olan Fərhad Baxşıyevin idarə etdiyi "Kia" və Əli Cavadovun idarəetməsində olan "London Taksi"sinə çırpılıb. Baş verən qəza zamanı "Kia" markalı avtomobildə olan qadın sərnişin üz nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü M.Bağırovun izahatı alınıb. Faktla bağlı araşdırma aparılır. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh