Nabranda güllələndiyi deyilən polis rəisi: Açıq-aşkar təxribatdır

Yol polisi 29 İyul 2017 17:49 Oxunub 2149
Nabranda güllələndiyi deyilən polis rəisi: Açıq-aşkar təxribatdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Biz bu informasiyanı qəti təkzib edirik"

Bəzi KİV-lər Binəqədi rayon Mühafizə İdarəsinin rəisi, Xaçmaz rayon icra hakimiyyəti başçısı Şəmsəddin Xanbabayevin oğlu Samir Xanbabayevin Nabrandakı istirahət mərkəzlərindən birində guya hansısa yüksək vəzifəli məmurun oğlu ilə mübahisə zamanı güllələndiyi haqda xəbər yayıblar. Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, bu məlumat tamamilə uydurmadır.  “Biz bu informasiyanı qəti təkzib edirik. Samir Xanbabayev hazırda Bakıda, iş yerindədir”-mətbuat xidməti bildirib. Həmin xəbərdə iddia olunurdu ki, insidentdə yaralanan polis rəisi Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin xəstəxanadan saytımıza bildiriblər ki, onlara bu adda xəstə daxil olmayıb. Bu arada yaralandığı haqda şayiə yayılan polis rəisinin özü də redaksiyamıza zəng vurub, hazırda Bakıda, işinin başında olduğunu deyib. “Mən anlamıram ki, bu dezinformasiyanı kim və hansı məqsədlə yayıb. Mən bu günlərdə ümumiyyətlə Bakı şəhərini tərk etməmişəm, iş yerimdəyəm. Bu, açıq-aşkar təxribatdır” - polkovnik-leytenant Samir Xanbabayev kifayət qədər gümrah səslə bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh