Şəkidə reyd zamanı polis polisi saxladı – VİDEO

Yol polisi 29 İyul 2017 17:51 Oxunub 9235
Şəkidə reyd zamanı polis polisi saxladı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cərimələri ödəməyənlərə qarşı reydlər davam edəcək

Dövlət yol polisi inzibati xəta törətdiyi üçün cərimə olunan sürücülərə qarşı kütləvi reydlərə başlayıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, Şəkidə qanuna laqeyd yanaşan bəzi sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb, bəzi sükan sahiblərinə qarşı isə protokol tərtib edilib. Rayonun müxtəlif ərazilərində keçirilən reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. Polisin məlumatına əsasən, reyd cərimənin ödənilməsini 3 aydan çox gecikdirən sürücülərə qarşıdır. Reyd zamanı 10 sürücünün avtomobili cərimə meydançasına aparılıb. Təxminən 10-a yaxın sürücüyə qarşı inzibati xətalar məcəlləsinin müvafiq bəndinə uyğun protokol tərtib edilib. Reyd zamanı hətta iş başında olan digər polis əməkdaşları belə saxlanılaraq onlara xəbardarlıq edilib. Həmçinin Şəki DYPB-nin əməkdaşları avqust ayında keçiriləcək təhlükəsizlik hava aylığı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. Polisdən verilən məlumata görə, cərimələri ödəməyənlərə qarşı reydlər davam edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh