Avorpanın ən populyar avtomobilləri - SİYAHI

Avtoxəbər 30 İyul 2017 18:26 Oxunub 2421
Avorpanın ən populyar avtomobilləri - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“JATO Dynamics” araşdırma şirkətinin statistikasına əsasən

Mütəxəssislər Avropa bazarında iyunun yekunlarına görə, ən çox satılan avtomobilin adını açıqlayıb. Avtosfer.az xəbər verir ki, “JATO Dynamics” araşdırma şirkətinin statistikasına əsasən, qitənin ən populyar avtomobili 44684 satış göstəricisiylə “Volkswagen Golf”dur.

İkinci yeri “Renault Clio” (36134), üçü isə “Volkswagen”in başqa bir modeli “Polo” (32021) tutub. Növbəti pillələrdə “Opel/Vauxhall Corsa” (24382), “Renault Captur” (23963) qərarlaşıb.

İlk onluqda “Peugeot 208” (22974), “Ford Fiesta” (22445), “Ford Focus” (22377), “Skoda Octavia” (22376) və “Nissan Qashqai” (22339) yer alıb.

 

 

(publika)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh