Dünyanın ən uzun asma piyada körpüsü açıldı - FOTO

Texnologiya 30 İyul 2017 18:45 Oxunub 1771
Dünyanın ən uzun asma piyada körpüsü açıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Körpünün uzunluğu 494 metr, eni 65 santimetrdir

İsveçrənin Vale kantonunda uzunluğu təqribən 500 metr olan və dünya rekordu vuran asma piyada körpüsü istifadəyə verilib. Avtosfer.az xəbər verir ki, Çarlz Kuonen adına (tikili sponsorlardan birinin şərəfinə adlandırılıb) körpü təxminən 80 metr hündürlükdə torpaq üzərində yerləşir. O, Qrehen və Sermat yaşayış məntəqələrini birləşdirir. Körpünün uzunluğu 494 metr, eni 65 santimetrdir. Bildirilir ki, körpünün tikintisi üçün təxminən 730 min İsveçrə frankı (təqribən 750 min dollar) xərclənib. İlk piyadalar şənbə günü tikilidən istifadə edə biliblər.

 

 

 

(publika)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh