Növbəti protokol müəması: şəkildə "Mercedes", cərimə olunan "OPEL"– FOTO

Xəbərlər 31 İyul 2017 11:21 Oxunub 9194
Növbəti protokol müəması: şəkildə "Mercedes", cərimə olunan "OPEL"– FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün avtomobilini səhv protokola görə, cərimə meydançasına aparıblar

Bakı şəhər sakini İsgəndər Göyüşov yol polisindən şikayətçidir. Sürücünün sözlərinə görə dünən (30 iyul), saat 19:00 radələrində onun idarə etdiyi 90 EV 560 dövlət nömrə nişanlı, “Opel” markalı avtomobilini Dövlət Bayraq Meydanı yaxınlığında YPX əməkdaşları saxlayıb. Sürücüyə cəriməsi olduğu və vaxtın ötürüldüyü deyilərək avtomobili cərimə meydançasına aparılıb. Lakin maraqlı məqam odur ki, sürücüyə təqdim olunan protokolda əks olunmuş avtomobilin markası və nömrəsi fərqlidir. Belə ki, mart ayının 18-də Bakı-Ələt-Qazax-Gürcüstan yolunda MMX-ya düşmüş avtomobil 90-EM-560 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil olsa da cərimə 90-EV-560 dövlət nömrə nişanlı “OPEL ASTRA” markalı avtomobilə yazılıb. Təqdim olunmuş protokolda da fotoda “Mercedes”, yazıda isə “OPEL” əks olunub. 

Sürücü yol polisinə bunu izah etməyə çalışsa da, “gedin idarədə aydılaşdırın” deyilərək avtomobil cərimə meydançasına salınıb. 

Avtosfer.az sözügedən protokolun fotolarını təqdim edir:

Orxan

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh