Norveçdə avtonom gəmilər suya buraxılıb

Texnologiya 31 İyul 2017 18:45 Oxunub 1435
Norveçdə avtonom gəmilər suya buraxılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2020-ci ilədək elektrik gəmilərindən bütün Avropada istifadə ediləcəyi gözlənilir

Norveçin “Yara” kimya konserni və “Kongsberg Group” şirkəti “ağıllı” yük gəmiləri yaratmaq məqsədilə birgə layihə həyata keçirməyə başlayıb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, 2018-ci ilin sonunadək gübrələrlə yüklənən elektrik hərəkət qüvvəsinə malik ilk “ağıllı” gəmilərin Poşqryunn və Brevik cənub limanları arasında hərəkət etməyə başlayacaqları planlaşdırılır. Məlumata görə, hazırda onlar 10 dəniz milində məsafəni qət etməklə məşğuldurlar. Lakin məhz bu kiçik ərazidə mayak, naviqator, radar, kamera və sensorlarla təchiz edilən gəmilərin sınaqları keçiriləcək. Avtonom gəmilərin istifadəyə verilməsi adi gəmilərdən üç dəfə baha başa gəlsə də, istismarı 10 dəfə ucuz olacaq. Həmçinin bildirilir ki, bir elektrik “Yara Birkeland” gəmisi dizellə işləyən 40 min yük gəmi reysini əvəz edəcək. 2020-ci ilədək elektrik gəmilərindən bütün Avropada istifadə ediləcəyi gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh