Qobu sakinlərindən şikayət: Avtobusa minmək üçün 3 km yol getməliyik

Xəbərlər 31 İyul 2017 23:55 Oxunub 6387
Qobu sakinlərindən şikayət: Avtobusa minmək üçün 3 km yol getməliyik
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtovağzal-Qobu marşrutu 29.07.2017-ci il tarixindən etibarən sonuncu dayanacağı dəyişib

Qobu sakinləri avtobusa minmək üçün 3 kilometr yol qət etməlidirlər. Səbəb isə marşrutların sonuncu dayanacağı dəyişməsidir. Bununla bağlı Avtosfer.az-a şikayət edən Qobu sakini Azər Baxşəliyev deyir ki, 567 saylı Avtovağzal-Qobu marşrutu 29.07.2017-ci il tarixindən etibarən sonuncu dayanacağı dəyişib. “Əvvəl hər şey normal idi.Avtobuslar təzə salınmış məhəllələrə qədər gəlirdilər. İki gün əvvəl 567 nömrəli marşrut sonuncu dayanacağını 3 km əvvələ çəkib. Səbəb isə digər avtobus Lökbatan-Qobu istiqamətində hərəkət edən 140 nömrəli marşrut ilə aralarında olan  mübahisədir. Nəticədə uşaqlar, qadınlar, qocalar avtobusa minmək üçün 3 kilometrdən çox məsafə qət etməlidirlər. İndi yaydır. Sabah bunun qışı, qarı, yağışı var. Vəziyyət necə olacaq?” deyə Qobu sakini bildirir. 

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh