Bakıda vəhşilik - İti maşınla belə sürüdülər – VİDEO

Avtoreyd 1 Avqust 2017 00:21 Oxunub 4998
Bakıda vəhşilik - İti maşınla belə sürüdülər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heyvana əziyyət verən kişilərin qarşısını qadınlar kəsərək iti azad edib

Bakıda vəhşilik edən sürücü və sərnişinin əməllərini əks etdirən video sosial şəbəkələrdə yayılıb. Avtosfer.az xəbər verir ki, “Qazel” markalı, 10 XB 125 dövlət nömrə nişanlı avtomobildə olan sürücü və sərnişin iti yerlə sürüyərkən xanım sürücü onlara etiraz edib. Xanım sürücü “Qazel”i saxlatdırdıqda məlum olub ki, iti zəncirlə bağlayan sərnişin kabinədə oturaraq heyvanı asfalt üzərində sürüyərək aparır. Hansı ki, heyvanı maşının yük yerində də apara bilərdi. Buna etiraz edən qadın sürücü onlara irad tutub və iti buraxmalarını tələb edib. Xanım sürücü hadisə yerinə polis çağırıb. Olayın sonrakı mərhələsi əks olunmasa da, bu görüntülər sürücünün və onun yanındakı sərnişinin cərimələnməsinə səbəb ola bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsində heyvanların maşınla daşınması qaydasını pozmağa görə 60 manat cərimə nəzərdə tutulur.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh