Bu nişan olan yerdə hansı manevri etmək olar? - DOĞRU CAVAB

Yarışma 1 Avqust 2017 08:25 Oxunub 2890
Bu nişan olan yerdə hansı manevri etmək olar? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu nişanın qüvvədə olduğu yol sahəsində göstərilən manevrlərdən hansı olar?

a) Traktorun yük avtomobilini ötməsi;

b) İcazə verilən maksimal kütləsi 3,5 tondan az olan yük avtomobilinin minik avtomobilini ötməsi.

c) İcazə verilən maksimal kütləsi 3,5 tondan artıq olan yük avtomobilinin özü kimi digər yük avtomobilini ötməsi.

Sualın doğru cavabı belədir:  3.22 “Yük avtomobillərinin ötməsi qadağandır” nişanı  icazə verilən maksimal kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin, tarktorların və digər özügedən maşınların (texnoloji nəqliyyat vasitələri, buldozer və s.) ikitəkərli motosikletlər istisna olmaqla digər mexaniki nəqliyyat vasitələrini ötməsini qadağan edir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Bu nişanın qüvvədə olduğu yol sahəsində icazə verilən maksimal kütləsi 3,5 tondan az olan yük avtomobilinin minik avtomobilini ötməsi olar.

Suala ilk doğru cavabı Pərvin adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Qalib gəlmiş gəlmiş şəxs də nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.azundefined

ŞƏRH YAZ
Ad

E-mail

Şərh