İnsanları Marsa aparacaq raket payızda hazır olacaq

Texnologiya 1 Avqust 2017 18:02 Oxunub 1299
İnsanları Marsa aparacaq raket payızda hazır olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sınaq uçuşu zamanı raketin partlaması ehtimalı var

"Space X"şirkəti bu lin noyabrında "Falcon Heavy" ağır raketinin ilk buraxılışını həyata keçirməyi planlaşdırır. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask özünün "İnstagram" səhifəsində yazıb. "Noyabrda "Falcon Heavy"in nümayiş uçuşu olacaq", - deyə o, bildirib. Xatırladaq ki, daha əvvəl şirkət Aya adi turistlərin göndərilməsi planından bəhs etmişdi. Uçuş "Dragon2" (Crew Dragon) gəmisində gerçəkləşəcək, gəmini kosmosa "Falcon Heavy" daşıyıcı raketi aparmalıdır. Bu raketin Mars missiyasında istifadəsi də nəzərdə tutulub. İ.Mask onu da deyib ki, sınaq uçuşu zamanı raketin partlaması ehtimalı var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh