Dizel yanacağı ilə işləyən maşınların istismarı qadağan edilir

Avtoxəbər 1 Avqust 2017 10:37 Oxunub 1744
Dizel yanacağı ilə işləyən maşınların istismarı qadağan edilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dizel insan orqanizmi üçün zərərli olan nitrit oksid emissiya edir

Gələn il yanvarın 1-dən Almaniyanın Ştutqart şəhərində dizel mühərrikli nəqliyyat vasitələrinin istismarı qadağan ediləcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qərar Almaniyanın Ətraf Mühiti Qoruma Təşkilatının tələbi əsasında Ştutqart İnzibati Məhkəməsi tərəfindən qəbul edilib. Buna səbəb, dizel mühərrikli nəqliyyat vasitələrinin insan orqanizmi üçün zərərli olan nitrit oksid emissiya etməsidir. Məhkəmə qərarında deyilir ki, həmin zərərli maddələrin azaldılması mümkün deyil. Buna görə də, dizel mühərrikli avtomobillərin ümumiyyətlə, yollara çıxmasına qadağa qoyulacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh