Yanacaqdoldurma stansiyasında qorxunc olay – FOTO

Avtosfer Foto 1 Avqust 2017 18:30 Oxunub 1636
Yanacaqdoldurma stansiyasında qorxunc olay – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi açılıb

Türkiyədə qəribə hadisə baş verib. Avtosfer.az xəbər verir ki, Adapazarı adlı bölgədə yerləşən yanacaqdoldurma stansiyalarından birində yaranan mübahisə ölümlə nəticələnib.

Yanacaqdoldurmaq üçün stansiyaya daxil olan 71 yaşlı İbrahim Təkin yanacaq bitdikdən sonra nasosu gec çıxartdığı və onu gecikdirdiyi üçün stansiya işçisi ilə mübahisə edib.

Mübahisə zəminində üz nahiyyəsinə ağır zərbə alan 71 yaşlı kişi huşunu itirib. Hadisə yerinə təcili tibbi yardım çağrılsa da, kişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yanacaqdoldurma stansiyasının təhlükəsizlik kameralarına düşüb. Faktla bağlı cinayət işi açılıb.

 

 

(publika)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh