Yoldan kolbasa alıb yeyən gənclər zəhərləndi - Köməyə yol polisi gəldi - VİDEO

Yol polisi 1 Avqust 2017 13:06 Oxunub 3298
Yoldan kolbasa alıb yeyən gənclər zəhərləndi - Köməyə yol polisi gəldi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisləri zəhərlənən gəncləri belə xilas etdi

Masallı rayonundan Lənkəran rayonuna istirahətə gələn üç gənc zəhərlənib. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhərindəki Nərimanabad qəsəbəsində qeydə alınıb. Masallı rayonu, Həsənli kənd sakinləri, 1988-ci il təvəllüdlü Samir Hüseyn oğlu Abbasov, 1986-ci il təvəllüdlü Elşən Ədalət oğlu Hüseynov, 1988-ci il təvəllüdlü Fərid Sədrəddin oğlu Məhərrəmov Lənkərana çimərliyə gəliblər. Onlar yolda marketlərin birindən kolbasa alıblar. Məhz həmin ət məhsulunu yedikdən sonra gənclər özlərini yaxşı hiss etməyiblər və yol-patrul xidməti əməkdaşlarının köməyi ilə onlar qida zəhərlənməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, zəhərlənən şəxslərin birinin vəziyyəti ağırdır, digərlərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Hazırda onların müalicəsi Lənkəran RMX-nin İnfeksion xəstəliklər şöbəsində davam etdirilir.

Avtomobillə Ələt-Astara yolunda hərəkət edən gənclərin həyatını isə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşları xilas ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh