Yol polisi bu gündən «Təmiz hava» aylığına start verib

Yol polisi 1 Avqust 2017 13:22 Oxunub 1454
Yol polisi bu gündən «Təmiz hava» aylığına start verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Əsas məqsəd atmosfer havasının zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır

Avqust ayının 1-dən 31-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində «Təmiz hava» aylığı keçirəcək. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, “Təmiz hava” aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır. Tədbirlə əlaqədar Baş DYP İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh