AA seriyalı daha bir avtomobil sahibindən kobud hərəkət – FOTO

Xəbərlər 28 Noyabr 2014 10:33 Oxunub 2236
AA seriyalı daha bir avtomobil sahibindən kobud hərəkət – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Asan xidmət»in qarşısında kobud şəkildə maşın saxlayan sürücüü yolun bir zolağını bağlayıb

Bakıda dayanma-durma qaydalarının pozulması adi hala çevrilib. Bəzən məcburiyyətindən, bəzən isə başqalarından seçilmək üçün sürücülər dayanma-durma qaydalarını pozurlar. Amma bu fotoda gördüyünüz «Toyota» markalı, 10 AA 661 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün nə üçün belə etdiyini başa düşmək bir qədər çətindir. Fərqlənməkdiksə, daha mədəni davranışla fərqlənmək olardı, yer yoxdursa, bir qədər irəlidə yer tapmaq olardı.

Bura Yasamal rayonundakı «Asan xidmət» mərkəzinin qarşısıdır. Görünür, bu avtomobilin sürücü işini asanlaşdırmaq üçün avtomobili demək olar ki, yolun ortasında saxlayıb. Məhz bu avtomobilə görə həmin ərazidə yolun bir cərgəsi tutulub. Burada həmişə sıxlıq olur. «Asan xidmət»ə gələnlər çox olduğu üçün maşınların da sayı çox olur. Elə bu fotoda gördüyünüz avtomobilin sürücüsü kimi sürücülərin sayı çox olduğu üçün tıxac yaranır.

Fotodan da görünür ki, avtomobil xeyli vaxt orada dayanıb. Çünki yağış yağdığı üçün ətraf yerlər islansa da, maşının altı qurudur. Yəqin ki, sürücü öz rahatlığını düşünərək yağışda islanmamaq üçün maşını bu cür park edib. Özünü düşünən adam, görəsən, başqalarına problem yaratdığını niyə düşünmür?

Qeyd edək ki, bu fotonu sosial şəbəkələrdə «Sancaq» qrupu yayıb.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh