Avtobuslarda gediş haqqı süni şəkildə qaldırılır

Yazarlar 1 Avqust 2017 17:01 Oxunub 1170
Avtobuslarda gediş haqqı süni şəkildə qaldırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkədə artan qiymətlər daşıyıcı şirkətləri narahat etməyə başlayıb

Azərbaycanda benzinin qiyməti artıqdan sonra avtobuslarda gediş haqqının artacağı ehtimalı yüksək idi. Belə addım ilk olaraq Naxçıvanda atıldı. Mətbuatda yayılan xəbərlərdə muxtar respublikada sərnişinlərə 18 iyul 2017-ci ildən etibarən şəhərdaxili marşrutlarda gediş haqqının 30 qəpikdən ödənilməsi tələb olunub. Bununla bağlı daşıyıcı şirkətlərə xəbərdarlıq edilib. Məlumata görə, Naxçıvanda bütün avtobuslar dizel yanacağı ilə işləyir.

 

Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov istipress-ə müsahibəsində Naxçıvanda gediş haqqının artırılmasını qanunsuz hesab edir. “Benzinin qiymətindəki artımdan sonra daşıyıcı şirkətlər şikayətlənməyə başlayıb. Ölkədə artan qiymətlər onları narahat etməyə başlayıb. Çox güman ki, onlar Tarif Şurasına müraciət etmək istəyəcək. Mən düşünürəm ki, artım olmamalıdır, çünki şəhərdə işləyən avtobusların hamısı dizel yanacağı və sıxılmış qazla işləyir” - deyə Ə.Hüseynov bildirib.

Ekspertin sözlərinə görə, benzinin qiymətinin artması onlara təsir etməməlidir.

Məsələ ilə bağlı Tarif Şurası ilə əlaqə saxladıq. Qurumdan bu məsələnin diqqətdə saxlanıldığı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət olunub. Yaxın günlərdə ictimayyətə açıqlama veriləcək.

Xatırladaq ki, benzinin qiymətindəki dəyişiklikdən sonra Tarif Şurası açıqlama yayıb. Qurum bu artımın yük və sərnişin daşınmasına hər hansı aidiyyətinin olmamasını söyləyib.

 

"Aİ-92" markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişindaşımaya hər hansı aidiyyəti yoxdur" deyə açıqlamada qeyd olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh