ABŞ Trampa Rusiyanın ala bilmədiyi "Boeing"i alır

Texnologiya 2 Avqust 2017 09:31 Oxunub 1355
ABŞ Trampa Rusiyanın ala bilmədiyi "Boeing"i alır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarənin qiymətin təxminən 386,8 milyon dollar təşkil etdiyini bildirib

ABŞ hərbçiləri iki sərnişin təyyarəsinin alınması ilə bağlı "Boeing" korporasiyası ilə danışıqları yekunlaşdırmaq üzrədir. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, ABŞ HHQ nümayəndəsi bu təyyarələrin prezident Donald Tramp üçün nəzərdə tutulduğunu bildirib. "Defense One" xəbər portalı isə belə informasiya yayıb ki, bu təyyarələr bir zamanlar Rusiyanın "Transaero" aviaşirkəti tərəfindən sifariş olunsa da, şirkət müflis olduğundan təyyarələr alınmayıb. ABŞ HHQ nümayəndəsi tayyarələrin dəqiq qiyməti barədə məlumat verməsə də, belə bir təyyarə modelinin qiymətinin təxminən 386,8 milyon dollar təşkil etdiyini bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh