Polislər meşədə azan qızcığazı tapdılar

Yol polisi 2 Avqust 2017 13:21 Oxunub 1507
Polislər meşədə azan qızcığazı tapdılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
9 yaşlı Günel babası ilə birlikdə Qəçrəşə gəzməyə gəliblərmiş

İyulun 26-da Quba rayonu Qəçrəş kəndi ərazisində azyaşlı qızın itkin düşməsi barədə DİN-in “102 Zəng Mərkəzi”nə müraciət daxil olub. Məlumat aidiyyatı üzrə Quba RPŞ-yə ötürülüb. Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi ilə yaradılan əməliyyat qrupu dərhal hadisə yerinə yollanıb. Araşdırmalarla müəyyən edilib ki, 9 yaşlı Günel babası ilə birlikdə daxili turizm xətti ilə paytaxtdan Qəçrəşə gəzməyə gəliblərmiş. Baba nəvəsinin istirahətdə olarkən gördüyü mənzərədən çox xoşlandığını bildirib və meşədə gəzərkən azdığını bildirib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları tərəfindən Günel 30 dəqiqədən də az müddətdə sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib. Uşağın babası F.Zeynalov bu diqqət və qayğıya, polislərin operativliyinə görə RPŞ-nin rəhbərliyinə minnətdarlıq edib. 

 

Natiq Cavadov

DİN Mətbuat Xidmətinin əməkdaşı 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh