Azərbaycanda polislər ağır qəzaya düşdülər - 4 yaralı - FOTO

Yol polisi 3 Avqust 2017 00:44 Oxunub 2102
Azərbaycanda polislər ağır qəzaya düşdülər - 4 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mercedes" markalı minik avtomobili dərəyə aşıb

Lənkəranda beş nəfərin yaralandığı ağır yol qəzası baş verib. Hadisə Lənkəranın dağlıq ərazisi olan Osaküçə-Günehir yolunda baş verib. Mercedes markalı minik avtomobili dərəyə aşıb. Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparırlıb. Onların üçünün vəziyyəti ağır, ikisinin isə orta ağırdır. 

Ağır yol qəzasının bəzi təfərrüatları məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəzaya uğrayana avtomobilil sürücüsü və sərnişinləri Masallı Rayon Polis İdarəsinin əməkdaşları olublar. Qəza baş verərkən avtomobildə 6 nəfər olub. Onlardan 4 nəfəri ağır xəsarət alsa da, ikisinin vəziyyəti normaldır.

Qəza zamanı xəsarət almış şəxslərin adları:

Məmmədli Vüsal Rüstəm oğlu (1984)

Rzayev Əlizamin Fəraqət oğlu (1986)

Məmmədov Elşad Mehdi oğlu (1983)

Niftiyev Fərrrux Minəxan oğlu (1988)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh