Bu evlərə maraq var: Tamamilə taxtadan hazırlanır - VİDEO

Maraqlı 3 Avqust 2017 02:03 Oxunub 1719
Bu evlərə maraq var: Tamamilə taxtadan hazırlanır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə evlərin 1 kvadratmetri 1000-1200 manata başa gəlir

Son dövrlər taxtadan hazırlanan evlərə maraq artıb. Belə evlərin 1 kvadratmetri 1000-1200 manata başa gəlir və taxtalar hazır formada kəsilərək evin tikiləcəyi ərazidə yığılır. Ölçüsü 40-45 kvadratmetr olan bir evin hazırlanması üçün isə minimum 2 ay vaxt sərf olunur. Özüə də tamamilə taxtadan hazırlanır və dizayn edilir. İstənilən ölçüdə yığıla bilən belə evlər əvvəlcə fabrik şəraitində kəsilib ev formasında hazırlanır. Daha sonra hər bir detal nömrələnərək sökülür və evin tikiləcəyi ərazidə yenidən yığılır. Evin tam hazır olmasına sərf edilən vaxt isə evin ölçüsünə görə dəyişir. Amma bu qiymətə evin yerinin hazırlanması daxil deyil. Evin tikildiyi ərazi betonla tam düz formada düzəldilməlidir.

Uzun illərdir bu işlə məşğul olan Elman Məmmədov deyir ki, ölkəmizdə taxta evin mil, yəni böyük ağaclarla tikilməsi mümkün deyil. Çünki temperatur yüksək olduğundan belə ağaclar tez partlayır və evə hava kütləsi daxil olur.

Taxta evlər yalnız şam ağacından hazırlanır. Çünki bu ağacların oksigeni buraxma qabiliyyəti daha yüksəkdir .

O ki qaldı belə evlərin sənədləşdirilməsinə, bu, adi qaydada, yəni digər evlər kimi həyata keçirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh