Bir neçə küçə eyni adı daşıyır: Çaşqınlıq yaradır - VİDEO

Yazarlar 3 Avqust 2017 02:05 Oxunub 1031
Bir neçə küçə eyni adı daşıyır: Çaşqınlıq yaradır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taksi sürücüləri də sifariş olanda çox vaxt səhv ünvana gəlirlər

Paytaxtın Yasamal rayonu ərazisində eyni adda bir neçə küçə var. Eyni adlı ünvanların olması həm vətəndaşların, həm də dövlət qurumlarının fəaliyyətinə mane olur. Hətta taksi sürücüləri də sifariş olanda çox vaxt səhv ünvana gəlirlər. Eyni adlı küçələr bir-birindən uzaq olduğu üçün taksi xidməti ilə vətəndaşlar arasında ödəniş məsələsində problemlər yaşanır.

Məsələ ilə bağlı Yasamal Rayon İcra hakimiyyətinə müraciət etdik. Bildirdilər ki, küçələr və ünvanlama ilə bağlı bütün səlahiyyətlər Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib. Komitədən isə əksini bildirdilər, dedilər ki, ünvanların verilməsi onların deyil, icra hakimiyyətinin səlahiyyətindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh