Relslərin üstünə, reallıqdan kənara: saatda 1000 kilometr gedən qatar

Texnologiya 3 Avqust 2017 19:00 Oxunub 1486
Relslərin üstünə, reallıqdan kənara: saatda 1000 kilometr gedən qatar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qatar bu iki şəhər arasındakı 160 kilometr məsafəni 12 dəqiqəyə qət edə biləcək

Dünyanın ən böyük sürətini hədəfləyən “Hyperloop One” ilk sınaqdaca qatarın sürətini saatda 310 kilometrə qədər inkişaf etdirməyə nail olub. Avtosfer.az publika.az-a istinadən bildirir ki, sınaq testi sahəsi üçün 500 metr uzunluğunda yol seçilib, artıq ilk 300 metrdən sonra qatarın sürəti saatda 310 km. İdi və bundan sonra təbii ki, qatar dayandırılır. Ekspertlər isə bu müdhiş texnolojı nailiyyəti tərfləməyə tələsmirlər. Onlar hesab edirlər ki, “Hyperloop One” hələlik yolun başlanğıcındadır, Çində və Yaponiyada qatarlar üçün 300-350 sürət zatən adi işçi normadır.

Müstəqil analitik Dmitri Adamidov düşünür ki, şirkətin hədəfləyi sürətə çatmasına hələ çox var: “Mənin fikrimcə, 2030-cü ildən tez bu, mümkün olmayacaq. Hətta düşünürəm ki, hədəflədikləri sürət haradasa 2040-cı illər ərzində gerçəkləşəcək, əgər bütün işlər ideal gedərsə”.

Qeyd edək ki, Hyperloop One şirkəti İlon Maskın ideyası əsasənda bu layihə üzərində çalışır və nəzərdə tutulur ki, qatarlar saatda 1000 kilometrdən artıq sürətlə getməlidir. Onlar ilk olaraq Dubay və Abu-Dabi arasında bu nəqliyyat sistemini qurmaq niyyətindədirlər. Planlaşdırılır ki, qatar bu iki şəhər arasındakı 160 kilometr məsafəni 12 dəqiqəyə qət edə biləcək. Daha sonra isə, Hyperloop Nyu-York və Vaşinqton arasında da tikinti barədə ilkin razılığa gəlib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh