Bank özbaşınalığı - Məhkəmə qərarı olmadan maşını müsadirə etmək istədi - VİDEO

Xəbərlər 4 Avqust 2017 01:27 Oxunub 1603
Bank özbaşınalığı - Məhkəmə qərarı olmadan maşını müsadirə etmək istədi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bankın Coşqun adlı əməkdaşı maşının qarşısını kəsərək özbaşınalıq edib

Bankdan kreditlə avtomobil aldılar, ancaq sonradan pulunu ödəyə bilmədikdə bank maşını məhkəmə qərarı olmadan müsadirə etməyə cəhd etdi. Maraqlı hadisə İsmayıl Hümbətovun başına gəlib. Onun sözlərinə görə, 2013-cü ildə bankdan kreditə avtomobil alsalar da, son vaxtlar vəziyyətləri pisləşdiyindən krediti ödəməyə imkanları çatmayıb. İsmayıl Hümbətov oğlunun sürdüyü maşının qabağının qəflətən bankın əməkdaşı olan Coşqun adlı şəxs tərəfindən kəsildiyini deyir.

İsmayıl Hümbətov bildirir ki, avtomobilin müsadirə olunması ilə bağlı onlara məhkəmədən heç bir sənəd gəlməyib.

Bankın Coşqun adlı əməkdaşı ilə əlaqə saxladıq. O, israrla bildirdi ki, maşını vətəndaşın əlindən almaq fikrində olmayıblar və avtomobilə sakitcə yaxınlaşıb Hümbət İsmayılovun oğlu ilə söhbət edib. O, danışıqla yeni ödəniş qrafiki açmağı razılaşdırdıqlarını deyir.

Hüquqşünaslar belə vəziyyətdə məhkəmə qərarı olmadan maşının müsadirə olunmasını qanunsuz hesab edirlər. Əgər belə hal yaşanarsa vətəndaş məhkəməyə müraciət edərək öz hüququnu təmin edə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh