Sərnişinlər üçün xüsusi endirim - FOTO

Yeniliklər 4 Avqust 2017 15:59 Oxunub 1166
Sərnişinlər üçün xüsusi endirim - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Referans Klinik Laboratoriya Mərkəzi və LOR Hospitalın 25 faizlik endirim kuponu təqdim edilir

Azərbaycan dəmir yolları sərnişinləri artıq hər bir istiqamətə alacaqları biletdən faydalana bilərlər. Belə ki, istər ölkədaxili, istər beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarına, istərsə də Bakı-Sumqayıt elektrik qatarına əldə edilən biletlərə Referans Klinik Laboratoriya Mərkəzi və LOR Hospitalın 25% - lik endirim kuponu təqdim edilir. 

Qeyd edək ki, Referans Klinik Laboratoriya Mərkəzinin əsas məqsədlərindən biri inkişaf etmək, zəruri infrastruktura malik olmaq və pasiyentlərə daha yüksək keyfiyyətli xidmət göstərilməsini təmin etməkdir. Referans Azərbaycanda ilk dəfə olaraq tam avtomatlaşdırılmış qapalı laborator sistemlə təchiz olunub. Ən müasir texnologiyaları özündə birləşdirən, Almaniya, Türkiyə, Fransa, ABŞ, Niderland və s. ölkələrin istehsalı olan cihazlar vasitəsilə laboratoriyada minlərlə analizlər, o cümlədən müxtəlif genetik testlər, onkoloji markerlər, yenidoğulmuşların skrininq testləri, autoimmun testlər və s. müayinələr yerinə yetirilir. Eləcə də LOR Hospitalında   hər növ burun, qulaq, boğaz  və qırtlaq əməliyyatları, eləcədə plastik və rekonstruktiv  əməliyyatlar həyata keçirilir. 

Aksiya haqqında ətraflı məlumatı aşağıdakı nömrələrdən əldə edə bilərsiniz:

 

012 310 00 22/33 və ya *0033

012 564 53/63 33 və ya *0111

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh