Məmur işdən azad edilib - 10 il işə getmədiyinə görə

Maraqlı 4 Avqust 2017 19:30 Oxunub 1357
Məmur işdən azad edilib - 10 il işə getmədiyinə görə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Karles Resio asudə vaxtlarında komikslər çəkməklə məşğul olduğunu bildirib

İspaniyada Valensiya şəhərinin rəhbərliyi 10 il ərzində işə getməyən, amma əmək haqqı alan arxiv əməkdaşını işdən azad edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Karles Resio 2006-cı ildən başlayaraq hər gün səhər 07:00-da işdə qeydiyyatdan keçib evə gedirmiş, saat 16:00-da isə iş vaxtının bitdiyini bildirən imzanı atmaq üçün işə qayıdırmış. Asudə vaxtlarında K.Resio komikslər çəkməklə məşğul olduğunu bildirib. Qeyd olunur ki, onun illik əmək haqqı 50 min avro həcmində olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh