DYP rəisi "Galenvagen" qəzasından danışdı: "Dəhşətlidir"

Yol polisi 4 Avqust 2017 17:45 Oxunub 4446
DYP rəisi "Galenvagen" qəzasından danışdı: "Dəhşətlidir"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"İstintaq nə müəyyən edəcəksə, adekvat qiymət veriləcək"

Ötən gün Bakının Heydər Əliyev prospektində dəhşətli qəza baş verib. 10-PP-203 dövlət nömrə nişanlı "Gelandewagen” əvvəlcə 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, Baş nazirin müavini, "Qaçqınkom" sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olan "Gelandewagen” başqa bir maşınla ötüşüb. Sözügedən maşının 99 FS 777 dövlət nömrə nişanlı "Mazda” avtomobili ilə yarışdığı bildirilir. 

Baş vermiş dəhşətli qəza ilə bağlı Sfera.az-a münasibət bildirən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) rəisi Nuşirəvan Səfərov söyləyib ki, doğrudur, 10-PP-203 dövlət nömrə nişanlı "Gelandewagen” əvvəlcə 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirib və işıq dirəyinə çırpılıb. "Hadisə barədə məlumatım var. Hazırda baş vermiş qəza ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin olaraq heç bir söz deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, dəhşətli və ağır qəzadır. Sonda istintaq nə müəyyən edəcəksə, adekvat qiymət veriləcək",-deyə N.Səfərov qeyd edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh